Xəbər lenti

Rusiya Baytar və Bitki sanitariyasına nəzarət üzrə Federal Agentliyi mayın 19-dan Belarusda istehsal edilən süd məhsullarının idxalına məhdudiyyət tətbiq edib.

“Report” “dw”yə istinadən xəbər verir ki, Rusiya hakimiyyəti bunu qarşı tərəfin sanitar normaları dəfələrlə pozması ilə əlaqələndirib.

Belarus müəssisələrinin istehsal etdiyi quru süd, quru süd süzməsi, pendir, yağın Rusiyaya idxalı məhdudlaşdırılıb.

Kobrin yağ-pendir zavodu, Molodeçnen süd kombinatı, Novoqrud süd şirkəti, Prujan süd kombinatı, Slutskiy pendir kombinatı və onun Lyuban, eləcə də Babuşkin filialları sanksiyaya məruz qalıb. 

 




Ana səhifəyə qayıt        Baxış: 975          Tarix: 19-05-2017, 12:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma