Xəbər lenti

ABŞ Polşa və Avropanın digər ölkələrinə enerji mənbələrinin diversifikasiyasında yardım etməyə hazırdır.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezident Donald Tramp Varşavada Polşa dövlət başçısı Anjey Duda ilə görüşündə bildirib.

D.Tramp qeyd edib ki, maye təbii qazın (LNG) iyunun əvvəlində ABŞ-dan Polşaya baş tutan ilk çatdırılma prosesindən məmnun qalıb.

Dövlət başçısı ABŞ tərəfinin yeni analoji sazişlər imzalamağa hazır olduğunu bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 614          Tarix: 6-07-2017, 16:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma