Xəbər lenti

“ABŞ məhkəmə sistemində islahatlar, demokratiyanın inkişafı sahələrində Azərbaycanla əməkdaşlığa hazırdır”, - deyə ABŞ prezidenti Donald Tramp Bakıda keçirilən “Caspian&Gas 2017” 24-cü Beynəlxalq Neft və Qaz Sərgisi ilə əlaqədar Azərbaycanın lideri İlham Əliyevə və konfrans iştirakçılarına ünvanladığı məktubda qeyd edib.

O bildirib ki, Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır, bu da regionda sülh və sabitliyin təminatına xidmət edəcək.

D.Tramp vurğulayıb ki, ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasına sadiqdir. “Qlobal təhlükəsizliyin qorunması və iqtisadiyyatın şaxələndirilməsi istioqamətində Azərbaycanın rolunu qiymətləndirirəm”, - deyə ABŞ prezidenti əlavə edib.///Virtualaz.org

 




Ana səhifəyə qayıt        Baxış: 900          Tarix: 31-05-2017, 12:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma