Xəbər lenti
17-08-2019, 16:20

ABŞ-ın "Pew Research" araşdırma mərkəzinin yeni sorğusunun nəticələrinə əsasən, amerikalıların yalnız 16 faizi Donald Trampın prezident postunda fəaliyyətindən razıdır.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yazıb.

Araşdırmanın nəticələrinə görə, hər 10 amerikalıdan 6-ı (58 faiz) Trampın fəaliyyətindən narazı olduqlarını bildirib. Respondentlərin 25 faizi bununla bağlı suala cavab verməkdə çətinlik çəkib.

Əvvəlki sorğu göstərib ki, amerikalıların 24 faizi prezidentin fəaliyyətini bəyənir. Lakin qəzet qeyd edir ki, ortadakı fərq əvvəlki sorğuda iki əvəzinə üç cavab variantının nəzərdə tutulmasından ibarətdir.

Nəşr qeyd edib ki, sorğunun hər ikisi yalnız bir məqamı göstərir: ABŞ prezidentinin fəaliyyəti amerikalıların böyük əksəriyyətində, hətta seçki kampaniyası zamanı Trampa səs verməyə, onun rəqibini dəstəkləməməyə çağıran tərəfdarları arasında da ziddiyyətli hisslərə səbəb olur. 

 




Ana səhifəyə qayıt        Baxış: 497          Tarix: 31-08-2017, 11:03      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent