Xəbər lenti
7-03-2019, 22:48

 Doğum

günü

hədiyyəsi

Səni...

Sənə çiçək ala bilmədim...

könlümə dərdini əkmişdim.
Onu dərlədim yenə.
Arzularımı yəhərlədim yenə
Çapdım vətən boyu
İçimdə günah....
Əlimdə silah yürüdüm...
Qarabağın telini sığalladım...
İrəvanın əlini tutdum...
Borçalıda kövrəldim...
Dərbənddə özümü ovutdum...
Arazın qırağına gəldim
üzü Təbrizə bir nərə çəkdim
Aman Tanrım...mən nələr çəkdim !
Duyan oldumu səsimi...
İraqda Füzuli , Hələbdə Nəsimi...
Birini dərdə saldılar ,
Birini soydular.
Ruhumu incitmə 
Dərdimə dəymə nolar...
Məni tərpətmə
Yoxsa bu axşam
Fikirlərim saçını yolar
Ruhum laməkan qalar...

 

Çəkir

Yenə də kəndimiz düşüb yadıma
Daha xatirə də çatmır dadıma
Laləli yamaclar yanır oduma
Vəfasız gözlərin dərdini çəkir

Böyüyüb üz tutduq böyük şəhərə
Burada iş tapdı özünə hərə
Yenə fikirdədi o dağ , o dərə
Bükülən dizlərin dərdini çəkir.

Fikirli -fikirli axır kəhrizlər
Yanır korun-korun ocaqda közlər
Qoyub şələsini yerə ilbizlər
Silinən izlərin dərdini çəkir.

Bir ildə bir dəfə dönüb getmədik
Yolların düzəldib , ağac əkmədik
Qayıdıb telinə tumar çəkmədik
Kəndimiz bizlərin dərdini çəkir

 

Yaş 58-di....

Zarafat deyil qardaş...
58 il ,
Nə bu gündü , nə də dündü ,
Ürəyimin şamı söndü ,
Gəncliyimin üzü döndü ,
Dərdlər yürüdü üstümə...
İsinmədim öz istimə ,
Ellər yığıldı tüstümə ,
İlbiz kimi neçə vaxtdı ,
Yığışmışam sarayıma.
Səsim özümə çatmır ,
Dünya könlümə yatmır...
Kimsə gəlmir harayıma ,
Bir də baxdım yorulmuşam....
Başımı əlimlə tutmuşam
İndi ,
İki əldi , iki dizdi ,
Yaş əlli səkkizdi...

 

 

Var....

Bir nisgilim qəhərim var ,
Bir vəfalı kəhərim var ,
Təbriz adlı şəhərim var ,
Ama məndən aralıdı.

Göydü vətən , yerdi vətən
Ürəyimdə sirdi vətən
Mənim üçün birdi vətən
Ama könlü yaralıdı.

             0

Öncə dövlətim ,
Millətim ,
Vətənim ,
Bayrağım ,
Torpağım ....
Uğrunda öləcəyim tək varlıq....

Torpağına

ayaq basdım torpağına ,
başım qoydum bayrağına,
endim gəldim bulağına ,
ürəyimə səpdim səni....

müqəddəsdi hər qarışın ,
uca zirvən , dağın , daşın ,
bir hilaldı gözün , qaşın
Gizli -aşkar öpdüm səni..

Ordubad rayonunun Behrud kəndi...

İzim qalıb yarğanında, düzündə, 
İstin qalıb ocağımın közündə, 
Yaşayırsan hər misramda, sözümdə, 
Söylə səni axı necə unudum-
, Mənim Behrudum

Qəlbə axan bulağın var, çayın var, 
İlk baharda harayın var, hayın var, 
Bala kimi bizə sevgi payın var, 
Bu könlümü axı necə ovudum-
Mənim Behrudum

Səndən keçər neçə kəndə gedən yol, 
İnsanlara səxavətin boldu, bol, 
Dolanıbdı boynumuza məhrəm qol, 
Sən olmusan son pənahım, umudum-
Mənim Behrudum

Ana kəndim məni də bas bağrına, 
Şahid olum hər düzünə, doğruna, 
Gözəl günlər çıxsın sənin uğruna, 
Saf havandan mənə də ver bir udum-
Mənim Behrudum




Ana səhifəyə qayıt        Baxış: 146          Tarix: 21-02-2019, 14:05      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent