Xəbər lenti
20-10-2018, 21:53

Dünən – 11 aprel tarixində Azərbaycanda prezident seçkiləri keçirildi. Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülən İlham Əliyev etibarlı bülletenlərin 92,2 faizinin nəticələrinə görə, 86.09 % səslə liderdir və onun qələbəsi artıq şübhəsizdir.

Ölkə Konstitusiyasına görə, prezident seçkilərindən sonrakı 14 gün ərzində – ən geci 25 aprelə qədər – Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləməlidir. Konstitusiya Məhkəməsinin bu qərarından sonrakı 3 gün ərzində isə prezident andiçmə mərasimi keçirəcək. Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə əsasən, İlham Əliyev səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefaya göndəriləcək.

Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Təxmini hesabla aprel ayının son gününə yuxarıda sadaladığımız vəzifə sahibləri istefaya göndəriləcək.

Hazırda Nazirlər Kabinetinin tərkibini 7 nəfər İdarə heyətinin üzvü, 18 nazirlik, 9 komitə, 2 administrasiya, 6 xidmət sahəsi təşkil edir.

Məlumat üçün bildirək ki, 2013-cü il 9 oktyabr sonuncu prezident seçkilərindən sonra Nazirlər Kabinetinin tərkibi 44 nəfərdən ibarət idi. 4 il ərzində aparılan müxtəlif islahatlar, imzalanan sərəncamlar səbəbindən NK-nin tərkibi azalaraq 42 nəfərə enib.

Bu 4 il ərzində Milli Təhlükəsizlik Nazirliyi ləğv edilərək əvəzinə Dövlət Təhlükəsizlik Xidməti yaradılıb. Həmçinin MTN başçısı Eldar Mahmudov, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Nəqliyyat naziri Ziya Məmmədov, Vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad edilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Nəqliyyat Nazirliyi birləşdirilib/Axar.az.

 




Ana səhifəyə qayıt        Baxış: 255          Tarix: 12-04-2018, 15:50      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent