Xəbər lenti

 

İtaliya milli komandasının sabiq futbolçusu Vinçentso Yakvinta həbs olunub. 

Ovqat.com xəbər verir ki, Report ANSA agentliyinə istinadən verdiyi məlumata görə, o, qanunsuz odlu silah saxladığı üçün 2 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, sabiq hücumçunu mafiya ilə əlaqələrinə görə 6 il cəza gözləyirdi. Lakin sonradan ona qarşı olan bu ittiham aradan qaldırılıb. Yakvintanın atası isə cinayətkar dəstə ilə əlaqələrə görə 19 il müddətinə həbs edilib. 

Xatırladaq ki, V.Yakvinta 2006-cı ildə İtaliya yığması ilə dünya çempionu olub. O, 2012-ci ildə karyerasını başa vurub. 38 yaşlı sabiq forvard karyerası ərzində İtaliyanın "Yuventus" və "Udineze" klublarında çıxış edib. 




Ana səhifəyə qayıt        Baxış: 531          Tarix: 31-10-2018, 22:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma