Xəbər lenti

 

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Modern.az xəbər verir ki, sentyabrın 17-də dünya çempionatında qadın güləşi yarışlarına start verilib.

Azərbaycan güləşçisi Mariya Stadnik (50 kq) çempionata qələbə ilə başlayıb. Nigeriya təmsilçisi Miessiney Mersi Genesisi məğlub edən M.Stadnik səkkizdəbir final mərhələsində hindistanlı Seemu Seemudan üstün olub.
Dörddəbir final mərhələsində güləşçimizin rəqibi Rusiya idmançısı Yekaterina Poleşuk olub. Bu dəfə də  qələbə qazanan (11:0) Stadnik yarımfinalda iştirak hüququ qazanıb. Bu nəticə Mariyaya Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak hüququ verib. 

Digər güləşçimiz Türkan Nəsirovan (53 kq) ilk görüşündə almaniyalı Nina Hemmerə məğlub olub.

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.




Ana səhifəyə qayıt        Baxış: 36          Tarix: 17-09-2019, 12:30      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent