Xəbər lenti

 

İspaniyanın “Sevilya” klubu 24 futbolçu ilə Bakıya gələcək.

Sevilya klubunun rəsmi saytı xəbər verir ki, heyətdə cinah yarımmüdafiəçi Lukas Okampos da var.

Lakin argentinalı futbolçu oynaya bilməyəcək. Çünki o, ötən mövsüm “Marsel”lə oyundan cəzalı duruma düşüb.

Bu gün səhər “Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi son məşqini İspaniyada keçirib. Komanda sabah Bakıya səfər edəcək. Məşqdən sonra baş məşqçi Xulen Lopeteqi Bakıya gedəcək oyunçuların adlarını açıqlayıb. Yalnız heyətlə hücumçu Nolito səfər edə bilməyəcək. Çünki o zədəlidir.

Qapıçı Xavi Dias sifariş ərizəsinə salınmadığından, onun yerinə üçüncü qapıçı kimi gənc Alfonso gətiriləcək. Beləliklə, Bakıya səfər edəcək futbolçular bunlardır:

Tomaş Vatslik, Bono, Alfonso, Xesus Navas, Alexandro Poso, Serxi Qomes, Daniel Karisu, Dieqo Karlos, Jül Kunde, Serxio Eskudero, Serxio Reqilon, Fernando, Nemanya Qudel, Joan Jordan, Ever Baneqa, Franko Vazkes, Oliver Tores, Roni Lopeş, Brayan Xil, Munir, Munas Dabbur, Lüq De Yonq, Çiçarito, Lukas Okampos.




Ana səhifəyə qayıt        Baxış: 39          Tarix: 17-09-2019, 16:19      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent