Xəbər lenti
 
Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, beşinci yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.

Püşk Zaur Əliyevi startda böyüklər arasında son dünya çempionu Nuqzari Tsurtsumia ilə üz-üzə qoyub. Ancaq gənc güləşçimiz güclü rəqibi üzərində əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib. Növbəti görüş də gərgin mübarizə şəraitində keçib. Həmyerlimiz Qazaxıstan güləşçisi ilə qarşılaşmanın son dəqiqəsinədək 0:4 hesabıyla geridə olsa da, geridönüş edərək adını yarımfinala yazdırıb. Ancaq Rusiya güləşçisinə uduzduğu üçün noyabrın 2-də bürünc medal görüşünə çıxıb. Erməni güləşçi ilə prinsipial qarşılaşmadan qalib ayrılan Zaur dünya üçüncüsü olub.

Digər idmançımız Tuncay Vəzirzadə təsnifat mərhələsində çətinlik çəkmədən Polşa idmançısına qalib gəlib. Lakin növbəti qarşılaşmada Hindistan güləşçisinə məğlub olub.

Eltun Vəzirzadə isə ilk görüşdə Danimarka təmsilçisini üstələyib. Ancaq 1/8 finalda Türkiyə pəhləvanı ilə bacarmayıb. \\Azvision



Ana səhifəyə qayıt        Baxış: 44          Tarix: 3-11-2019, 00:53      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent