Xəbər lenti

Şirvan şəhərində yol nişanlarının üzərindəki günəş enerjisi ilə qidalanan lövhələri oğurlamaqda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-nin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, noyabrın 1-dən 13-dək olan müddətdə Şirvan şəhəri ərazisində quraşdırılmış günəş enerjisi ilə qidalanan 30-dan artıq yol nişanının üstündə olan lövhələrin oğurlanması barədə Şəhər Polis Şöbəsinə müraciət daxil olub:

“Məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Şirvan şəhər sakini Məharim Fərəcov olduğu məlum olub.

Araşdırma aparılır”. 

 




Ana səhifəyə qayıt        Baxış: 386          Tarix: 15-11-2018, 15:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma