Xəbər lenti
Dünən, 21:04
Dünən, 17:11

 

Türkiyədə bu günə qədər tayı-bərabəri olmayan maraqlı bir cinayət işinin üstü açılıb.

Türkiyə mediası xəbər verir ki, Eskişehir də özünü Sultan Süleymanın qızı adlandıran və yəhudilərin axtardığı şifrəli qanın onun damarlarından axdığını iddia edən dini sekta başçısı, fırıldaqçı qadın tutulub.

49 yaşlı S.G Eskişehirdə 10 hektar torpaq sahəsi olan bir villada xəstələri qəbul etməyə başlayıb. Qanının şəfalı olduğunu iddia edən qadın qanı qatılmış suyu dərdinə çarə tapmaq üçün gələn insanlara içirib. Onun qanı qatılmış su isə nə az nə çox, düz 4-5 min lirəyə satılıb. S.G-nin bu günə qədər bənzəri iddialarla minlərlə insanı aldatması və bu yolla 13 milyon dollar gəlir əldə etməsi aşkarlanıb.S.G-yə bu işdə 4 nəfərdən ibarət qrup, o cümlədən vəkil işləyən 29 yaşlı oğlu kömək edib.

Qrupun yaxalandıqları villada dini sekta qurmaları, müəyyən məbləğ müqabilində bir çox kişilərə üzük verib “komandir” rütbəsi verdiyi bəlli olub. Hadisədən zərər çəkmiş və şahid qismində ifadə verən bir neçə iş adamı S.G-nin toruna düşdükdən sonra bütün var- dövlətlərini onun sektasına yatırdıqlarını və iflas etdiklərini etiraf eləyiblər. \\Bizimyol.info




Ana səhifəyə qayıt        Baxış: 24          Tarix: 23-08-2019, 20:28      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent