Xəbər lenti

 

İraqın Kərbəla şəhərinə ziyarətə getdikdən sonra itkin düşdüyü deyilən İmişli sakininin orada dünyasını dəyişdiyi məlum olub.

Ovqat.com xəbər verir ki, rayon sakinlərinin virtualaz.org-a verdiyi məlumata görə, Sərxanlı kənd sakini Davər Qafər oğlu Yusifovun yaxınları, onun ziyarət zamanı ürəktutmasından dünyasını dəyişməsi barədə məlumat alıblar. Mərhumun ürək xəstəsi olduğu deyilir.

Qeyd edək ki, D.Yusifov bu ayın əvvəli bir qrup rayon sakini ilə İraqa Kərbəla ziyarətinə yola düşüb. Orada bir neçə gün ziyarətdə olan D.Yusifov qəfil yoxa çıxıb. Kərbəlada D.Yusifovla birlikdə olan şəxslər onun itkin düşməsi barədə İraq hüquq-mühafizə orqanlarına da müraciət ediblər və şəhərdə fotolarını yayıblar.

Qeyd edək ki, D.Yusifov sakini olduğu Sərxanlı kəndinin axundu olub.

 




Ana səhifəyə qayıt        Baxış: 281          Tarix: 25-10-2019, 23:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma