Xəbər lenti

 Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

 Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün axşam saatlarında “Subaru” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfərin ölməsi, üç nəfərin yaralanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

 Qeyd edək ki, qəzada “Opel” markalı avtomobilin sürücüsü, 1971-ci il təvəllüdlü Məmiyev Füzuli Mədət oğlu və sərnişini, 1966-cı il təvəllüdlü Məmmədov Kamal Nəcəf oğlu ölüb. Daha üç nəfər - 1984-cü il təvəllüdlü Cəbiyev Əflatun Güləli oğlu, 1976-cı il təvəllüdlü Məmmədov Mahir Müqabil oğlu və 1999-cu il təvəllüdlü Süleymanlı Atilla Nazir oğlu xəsarətlə xəstəxanaya yerləşdirilib.

 “Subaru” markalı avtomobili idarə edən Arif Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur. Qəzada o yüngül xəsarət alıb. 




Ana səhifəyə qayıt        Baxış: 1 027          Tarix: 8-09-2017, 10:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma