Xəbər lenti

 Çexiyanın paytaxtı Praqa şəhərində gənc cüdoçuların Avropa Kuboku yarışı keçirilir. 

"Report"un məlumatına görə, mötəbər turnirin ilk günü millimiz üçün uğurlu olub. Belə ki, təmsilçilərimiz 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

Rövşən Əliyev (55 kq) və Şəfəq Həmidova (44 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Balabəy Ağayev (55 kq) və Yaşar Nəcəfov (60 kq) Avropa Kubokunun gümüş medallarına yiyələniblər. Tofiq Məmmədov (60 kq), Nurlan Osmanov (66 kq), Ramilə Əliyeva (44 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal qazanıblar.

Bununla da, millimiz Avropa Kuboku yarışının birinci günündə medalların əyarına və sayına görə ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, 39 ölkədən 430 (280 oğlan, 150 qız) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 17 (12 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunur.




Ana səhifəyə qayıt        Baxış: 253          Tarix: 22-07-2018, 09:54      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent