Xəbər lenti
7-03-2019, 22:48

 

Gələn ildən etibarən Azərbaycanda benzin və dizel yanacağının qiymətinin artması ilə bağlı şayiələr dolaşmaqdadır.
Bu da əhali arasında narahatlığa və çaşqınlığa gətirib çıxarır.
2019-cu ildə benzin və dizel yanacağında qiymət artımı gözlənilirmi?
Məsələyə aydınlıq gətirmək üçün Yenicag.az iqtisadçı-ekspert Vüqar Bayramova müraciət edib. İqtisadcı sualı belə şərh edib:
“Bütün ölkələrdə benzinin qiymətini bazar təyin edir. Bizdə isə Tarif Şurası müəyyənləşdirir. Buna görə də benzin və dizel yanacağında qiymət artımını proqnozlaşdırmaq çətindir.
Deyə bilmərik ki, artım gözlənilir və yaxud da gözlənilmir. Hər halda qiymət artımını düzgün hesab etmirik. Gələn il benzin və dizel yanacağının qiymətinin artmasının tərəfdarı deyilik”.
V.Bayramov qiymət artımının arzuolunmaz olduğunu bildir:
“Bu arzuolunan da deyil. Çünki, neftinin qiyməti də yüksək deyil. Nəzər alsaq ki, kənd təsərrüfatı və nəqliyyat xidmətlərində dizel yanacağından daha çox istifadə olunur. Bu halda dizelin qiymətinin artması istehsal bazarında qiymət artımına gətirib çıxara bilər”.




Ana səhifəyə qayıt        Baxış: 149          Tarix: 31-12-2018, 01:33      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent