Xəbər lenti

 

Rusiyanın "Su-27" tipli qırıcısı Baltik dənizi üzərində ABŞ-ın kəşfiyyatçı təyyarəsini ələ keçirmək üçün havaya qaldırılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

İdarədən bildirilib ki, Rusiyanın hava məkanına nəzarət vasitələri ölkə sərhədlərinə yaxınlaşmaqda olan təyyarə qeydə alıblar.

"Hədəfin ələ keçirilməsi üçün hava hücumundan müdafiə üzrə növbətçi qüvvələr heyətindən "Su-27" qırıcısı havaya qaldırılıb", - deyə məlumatda bildirilir.

Əlavə olunur ki, Amerika hava gəmisi "RC-135" tipli kəşfiyyatçı təyyarə kimi eyniləşdirilib.




Ana səhifəyə qayıt        Baxış: 915          Tarix: 7-03-2019, 10:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma