Xəbər lenti

 

Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov Qazax istiqamətində, Ermənistanla sərhəddə yeni strateji yüksəkliklərin və mövqelərin tutulduğunu təsdiqləyib.

Virtualaz.org xəbər verir ki, generalın bildirdiyinə görə sərhədin həmin istiqamətində son aylarda gərginlik müşahidə olunub. Və həmin gərginliyin səbəbi Ermənistan ordusunun öz mövqelərini Azərbaycan ərazilərinin içərilərinə doğru çəkmək cəhdləri idi.

"Bizim tərəfimizdən bu cəhdlər nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb. Bir sıra istiqamətlərdə strateji əhəmiyyətli yüksəkliklər, yeni mövqelər tutulub. Bu mövqelərin tutulması Ermənistan silahlı bölmələrinin döyüş postlarını və postlara gələn yolları nəzarətdə saxlamaq üçün daha optimal imkanlar yaradıb. Orada düşmən tərəfinin aramsız atəşi altında mühəndis işləri aparılıb. Bizim sərhəd döyüş məntəqələrinə şəxsi heyətin və nəqliyyatın təhlükəsiz hərəkət etməsi üçün val yollarının çəkilməsi tapşırıqları uğurla yerinə yetirilib. Bu müddətdə düşmən mövqelərindən mühəndis texnikamıza, yük maşınlarına, hətta hərbi tibb maşınımıza qarşı atəş açılıb. Nəticədə 2 hərbi qulluqçumuz yaralanıb. Görülmüş təxirəsalınmaz təxliyə tədbirləri tədbirlər nəticəsində onlar xilas edilib və hazırda onların sağlamlığına heç bir təhlükə yoxdur. Düşmənin döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulub”,-general deyib.

Xatırladaq ki, bir gün əvvəl yerli KİV-lər Dövlət Sərhəd Xidmətinin “Qazax” diviziyasının bölmələrinin Ermənistanla sərhədin Babakər yüksəkliyi istiqamətində mövqelərini irəli çəkdiyi, yeni mövqelər tutduğu haqda məlumatlar yayıb. Həmin məlumatların mənbəyi göstərilməyib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan isə bu məlumatlarla bağlı deyib ki, onlar da sərhədin həmin istiqamətində “yeni mövqelər” tutublar və açıqlamaq istəmirlər. Amma Azərbaycan tərəfi belə davam etsə “sürprizlər” olacaq.

Virtualaz.org




Ana səhifəyə qayıt        Baxış: 391          Tarix: 17-08-2019, 07:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma