Xəbər lenti
 
"Suriyanın şimal-şərqindəki vəziyyəti bilirik. Türkiyə ordusu əl-Babı aldı və kürdləri Fərat çayının sol sahilinə sıxışdırıb başqa yaşayış yerlərini də ələ keçirə bilər".
Ovqat.com xəbər verir ki, bu sözləri Rusiya Dumasının Beynəlxalq Əlaqələr komitəsinin sədri Leonid Slutskiy deyib.
 Moskvada keçirdiyi mətbuat konfransında Türkiyənin Suriyadakı hərəkətlərindən narahatlıq duyduqlarını ifadə edən Slutskiyə görə, Suriyanın şimal-şərqində “kiçik bir Türkiyə” meydana gələ bilər:
"Türkiyənin bu şəkildə genişlənməsi Suriyanın ərazi bütövlüyü üçün faydalı deyil”.



Ana səhifəyə qayıt        Baxış: 1 391          Tarix: 29-03-2017, 21:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma