Xəbər lenti

  

“Biz Sovet İttifaqının parçalanmasından sonra Çinin hərbi gücünü artırmasına və Rusiyanın özünü dünya jandarması kimi aparmasına imkan verdik. Bu, onların ölümünü sürətləndirəcək”.

Ovqat.com xəbər verir ki, bu sözləri dünyanın ən böyük strateqlərindən sayılan Henri Kissinger bildirib.

89 yaşlı strateq artıq 3.cü Dünya müharibəsinin bir addımlığında olduğumuzu etiraf edərək, savaşın ayaq səslərini duymayanları kar adlandırıb:

“Gələcək müharibə o qədər ağır olacaq ki, yalnız bir super güc qazanacaq və bu, bizim millətimiz olacaq”.

3-cü Dünya müharibəsi öncəsi son mərhələnin İranın vurulacağı olduğunu bildirən Kissinger deyib:

“Üçüncü dünya müharibəsi yoldadır və onun başlanğıc nöqtəsi İranın vurulması olacaq. Biz ordumuza strateji əhəmiyyətlərinə görə 7 Yaxın Şərq ölkəsini nəzarətdə saxlamasını məsləhət gördük. Çünki o ölkələr neft və digər iqtisadi qaynaqlara malikdirlər. İndi 3-cü Dünya müharibəsinə yalnız bir addım var: İrana vurmaq.

Yaxınlarda Böyük rus ayısı və Çin ordusu yuxudan oyanacaq, sonra İsrail bütün silahları ilə mümkün qədər çox ərəb öldürəcək. Ümid edirəm ki, bütün planlar düşünüldüyü kimi gedəcək, Yaxın Şərqin yarısı İsrailin olacaq. Gənclərimiz keçən il oyun konsullarında yaxşı təhsil almışlar. Yaxın gələcəkdə baş verəcəklərin hamısının yeni “Duty of Call 3” oyununda gördükləriylə eyniyyət təşkil etməsi onlar üçün də maraqlı olacaq. Əsgərlərimiz bütün qaydalara itaət edəcək və müsəlmanları külə çevirəcək, küçələrdəki çılğın ruslarla çinlilər bir-birinə qarşı savaşacaqlar”.

Avropa ölkələrinin ABŞ-ın bu gizli planından hansısa yolla xəbər tutduğunu təxmin edən Kissinger AB layihəsinin də məhz buna görə tələsik ortaya atıldığına inanır:

“Onların tələskənlikləri bu plandan xəbərdar olduqlarını göstərir”.

Buna baxmayaraq, 3-cü Dünya müharibəsindən yalnız bir super gücün qələbəylə ayrılacağını düşünən Kissinger öz fikrini belə davam etdirib:

“Qazanan qlobal hökumət olacaq. Unutmayın ki, ABŞ ən güclü silahlara sahibdir və biz heç bir cəmiyyətdə olmayan komanda bizdədir. Vaxtı gələndə bu silahları dünyaya təqdim edəcəyik".




Ana səhifəyə qayıt        Baxış: 3 267          Tarix: 20-11-2017, 22:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma