“III DÜnya müharibəsi ya bu il, ya da gələn il baş verəcək”.
Ovqat.com xəbər verir ki, bu iddianı aktivist hakkerlər qrupu “Anonymous” irəli sürüb.
“Anonymous” yayımladığı son videosunda müharibənin Şimali Koreya-ABŞ gərginliyi səbəbindən çıxacağını bildirib və heç bir dövlətin bu müharibədən uzaq qala bilməyəcəyini iddia edib.
"Qlobal iqtisadi və ekoloji məhvə hazır olun!" xəbərdarlığıyla başalayan videoda 3-cü Dünya müharibəsinin bir çox əlamətlərinin artıq açıq şəkildə ortaya çıxdığını bildirilir:
"Koreya yarımadasından başlaya biləcək bir savaşın izləri gözlə görülən hala gəldi. Hələ ki, ölkələrin stratejik davranmağa çalışdığı müşahidə olunur. Amma bu savaş, digər iki dünya müharibəsindən fərqli olaraq, daha vəhşi, qanlı və sürətli olacaq”.
Ehtimal olunan müharibənin tərəflərinin Amerika, Çin və Şimali Koreyayla qalmayacağına vurğulayan “Anonymous”, "bu üç böyük gücün birləşdirərək, qlobal nəticəsi olan gerçək bir müharibəyə gedəcəklərini” də iddia edib: “Digər ölkələr də məcburən tərəf seçmək məcburiyyətində qalacaqlar ".
“Anonymous” Çinin Amerika və Şimali Koreya arasında qalıb strateji davranmağa çalışdığını lakin təzyiqin davamlı yüksəlməsi səbəbindən səbrlərinin tükənəcəyi fikrindədir.
Yaponiyanın bir Amerika müttəfiqi və Şimali Koreya raketlərinin potensial hədəfi olduğunu xatırladan qlobal hakkerlər təşkilatı Tokionun Kim rejimindən daha əvvəl davranacağını, 'təhdid və təxribat' səbəbiylə rəqibinə hücum edə biləcəyini bildirib.
Qeyd edək ki, bütün sanksiyalara baxmayaraq, Şimali Koreya nüvə silahı proqramı üzərindəki işlərini davam etdirir. İkisi ötən il olmaqla, 2006-ci ildən bu yana 5 nüvə raketini sınaqdan çıxaran Şimali Koreya bir neçə gün öncə son təcrübəsini həyata keçirmişdi. Yaponiyaya doğru atılan raket 60 kilometr ucduqdan sonra partlamışdı.
Şimali Koreyanın mənzili ABŞ torpaqlarına çata biləcək nüvə başlıqlı raketlər üzərində çalışdığı iddia edilir. ABŞ rəhbərliyi də məhz bu səbəbdən Şimali Koreyanın raket sınağına sərt reaksiya göstərir.
ABŞ prezidenti Donald Tramp əgər Çinin Şimali Koreyanı nüvə silah proqramından imtina etdirə bilməsə, Vaşinqtonun bu istiqamətdə təkbaşına hərəkət edəcəyini bildirmiş və ötən ay öz dəniz donanmasına aid bəzi hərb gəmilərini Koreya yarımadasına göndərmişdi. Şimali Koreya isə ABŞ-ın göndərdiyi təyyarə gəmisini vurmağa hazır olduğunu bəyan etmişdi.
Paylaş: