Xəbər lenti

 

“2117-ci ilə qədər dünyanı tərk etməmiz lazımdır”.

Ovqat.com xəbər verir ki, Albert Eynşteyndən sonra dünyanın ən böyük dahisi kimi tanınan məşhur ingilis astrofizik Stefen Hokinq belə deyib.

O, nüvə müharibəsi ehtimallarını, qlobal istiləşməni və genetik olaraq hazırlanan virusları bunun səbəbi olaraq göstərib.

Qeyd edək ki, bu, Hokinqin ilk bədxəbəri deyil. Tez-tez media önünə çıxan75 yaşlı dahi daha əvvəl də fünyanı təhdid edən asteroid və həddindən artıq əhali artımı mövzusunda narahatlıqlarını dilə gətirmişdi.

Köhnə şagirdi Kristof Qalfard ilə dünyanı gəzməyə hazırlaşan dahi bəşəriyyətin kosmosa köçməsi üçün lazımı hazırlıqlar aparılmasının yollarını araşdıracaq.




Ana səhifəyə qayıt        Baxış: 1 192          Tarix: 4-05-2017, 13:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma