Xəbər lenti

  

Gəncədə icra başçısının sui-qəsdə məruz qalması ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olub. Hakimiyyət orqanlarından bəziləri bunu İranda, bəziləri isə Rusiyada hazırlanmış terror aktı kimi təqdim edirlər. Sui-qəsdi adi kriminal hadisə kimi qiymətləndirənlər də var. Elmar Vəliyevin özbaşınalığından narazı qalan bir çox Gəncə sakinləri üçün isə bu hadisə məmur özbaşınalığına zorakılığa və qanunsuzluğa verilmiş cavabdır.

Əməkdaşımızla söhbətləşən bir qrup sakin bildirib ki, Elmar Vəliyevin sayəsində Gəncə kriminal avtoritetlərin at oynatdığı məkana çevrilib: “Son zamanlar kriminal qruplaşmalar arasında gedən hesablaşmalar şəhərin dinc sakinlərinin həyatı üçün ciddi təhlükələr yaradır. Günün istənilən anında kriminal qruplar şəhərdəki kafelərə girib bir-birilərini atəşə tuta bilirlər. Bu da ətrafda yaşayan sakinlərdə qorxu hissi yaratmaqla yanaşı, həm də onları fiziki cəhətdən təhlükə qarşısında qoyur. Şəhərin nə polis idarəsi, nə də təhülkəsizlik orqanları bu kriminal ünsürlərlə bacara bilirlər. Çünki arxalarında şəhərin icra başçısı və digər rəhbər şəxslər dayanır”.

Sakinlərin təbirincə desək, “kriminallaşmanın baş alıb getdiyi Gəncədə bir gün su səhəngi suda sınmalıydı”.

Sakinlər öz fikirlərini əsaslandırmaq üçün son aylarda baş verən iki böyük hesablaşmadan bəhs etdilər. Hesablaşmanın biri şəhərdəki “Miraj”, digər isə “Qızıl ev” kafesində baş verib. Kütləvi davaya qatılanların video-görüntüləri belə, you-tube kanalında yayılıb. Amma ölçü götürən olmayıb.

Redaksiyamıza göndərilən hər iki videonu Ovqat.com oxucularına təqdim edirik.

Hadisələr bu ilin qış aylarında baş verib.




Ana səhifəyə qayıt        Baxış: 2 492          Tarix: 7-07-2018, 21:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma