Xəbər lenti

  

Ukrayna zavodu “Motor Siç” Çinə JL-10 döyüş təyyarəsi üçün 20 mühərrik satıb. Mühərriklər 380 milyon dollarlıq ixracat müqaviləsi əsasında Çinə təhvil verilib. Müqavilədə ümumilikdə 250 mühərrikin tədarükü nəzərdə tutulur.

Ovqat.com xəbər verir ki, bu iddianı ABŞ-da nəşr olunan “The Washington Times” qəzeti irəli sürüb.

Xəbərə ABŞ Senatı Xarici Əlaqələr Komitəsinin keçmiş müşaviri və Çin üzrə ekspert Vilyam Triplettin reaksiyası xeyli sərt olub:

"Ukraynalılar həm Amerika vergi ödəyicilərinin pullarını alır, həm də ABŞ Dəniz Qüvvələrinə arxadan zərbə endirir".

Beynəlxalq Strategiya və Qiymətləndirmə Mərkəzinin eksperti Rick Fişer də mühərrik tədarükü ilə bağlı müqavilənin təxirə salınması üçün Kiyevə təzyiq edilməsinin lazım olduğunu vurğulayıb.

Qeyd edək ki, hərbi mühərrik ixracatında Ukraynanın başı ötən il il də ağrımışdı. Belə ki, Ukraynanın silah şirkəti “Yujmaş”ın Şimali Koreyaya raket texnologiyaları satdığı barədə ortaya atılan iddialar ciddi beynəlxalq qalmaqala səbəb olmuşdu. New York Times”-ın ABŞ kəşfiyyatına və Beynəlxalq Strateji Araşdırmalar Qurumunun mütəxəssisi Maykl Ellemanın araşdırmasına istinadən yaydığı xəbərinə görə, Şimali Koreya lideri Kim Jong yeni raket mühərriklərinə baxarkən çəkdirdiyi fotoları incələyən mütəxəssislər həmin avadanlıqların Sovet məhsuluna oxşadığı və onların hazırda yalnız post-sovet ölkələrində olaca biləcəyi qənaətinə gəlmişdilər. Mütəxəssislər Şimali Koreyanın sınaqdan çıxartdığı qitələrarası ballistik raketlərin mühərriklərini təmin edə biləcək şirkətin “Yujmaş” ola biləcəyi görüşündə idilər.

 Kiyev isə bu iddialarla əlaqədar bir-biriləriylə təzad təşkil edən bəyanatlar vermiş, nəhayət, həmin mühərriklərin başqa bir ölkə tərəfindən kopyalanaraq Çindən Şimali Koreyaya təslim edilə biləcəyi ehtimalı üzərində dayanmışdılar.




Ana səhifəyə qayıt        Baxış: 378          Tarix: 19-08-2018, 12:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma