"ABŞ Rusiyaya Minsk Sazişi və digər beynəlxalq müqavilələrə uyğun addım atması üçün təzyiq göstərməyə davam edəcək."
Ovqat.com xəbər verir ki, bu sözləri ABŞ-ın Müdafiə naziri Ceyms Mattis Ukraynada prezident Petro Poroşenko ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.
Çıxışında Ukrayna ilə əlaqələri gücləndirmək istədiklərini qeyd edən nazir ABŞ-ın özünü və xalqını müdafiə üçün Ukraynaya kömək etməyinin zəruri olduğunu vurğulayıb.
O, həmçinin, Ukraynaya 175 milyon dollarlıq hərbi texniki yardımını təsdiqlədiklərini xatırladıb: "Əgər ölümcül silahlar haqqında danışmaq lazım olsa, bu mövzunu da araşdıracağıq".
Rusiyanın təcavüzkarlığı ilə ortaya çıxan strateji təhlükəni anladıqlarını dilə gətirən Mattis, Ukraynanın şərqindəki qarşıdurmanın həll edilməsi üçün ölkəsinin diplomatik səy göstərmə barəsində missiya boynuna götürdüyünü vurğulayıb.
Paylaş: