Xəbər lenti

 

Azərbaycanlı iş adamı Etimad İsmayılov İstanbulda silahlı basqın nəticəsində qətlə yetirilib.

AnTv” “Sabah” qəzetinə istinadən xəbər verir ki, hadisə iş adamının Floryadakı ofisində baş verib. Başından 2, ürəyindən isə 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Gözəl Dəmirovun axtarışlarına başlanılıb.

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və müavini idi. 2011-ci ildə ailə quran S. Nuriyeva ilə E. İsmayılovun İlyas adlı 4 yaşlı oğulları var.

Etimad İsmayılova sui qəsd törətmiş şəxsin Gözəl Dəmirov adlı azərbaycanlı olduğu bildirilir.

O, 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polis polkovnikdir. Gözəl Dəmirovun OMON kamandiri Rövşən Cavadovun yaxın silahdaşlarından biri olduğu da söylənilənlər arasındadır.

Onun Türkiyədə və Azərbaycanda iri biznes şəbəkəsinin olduğu bildirilir.

Gözəl Dəmirovun eyni zamanda Türkiyədə “Fənərbağça” klubunun prezidenti Əziz Yıldırımla biznes ortağı olduğu söylənilir.

  

Şəkildə: Gözəl Dəmirov həbs olunarkən

Ovqat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Etimad İsmayılovun qatili artıq həbs olunub. Qatil  tək deyilmiş. Ona qətli törətməkdə yardım edən bir başqa şübhəli şəxs də göz altına alınıb. İkinci şəxsin də iş adamı olduğu bildirilir. Gözəl Dəmirovu tanıyanların bildirdiyinə görə, o, İlyas İsmayılovun çörəyini yeyənlərdəndir. 1990-cı illərdə məhz İlyas İsmayılovun sayəsində vəzifəyə təyin olunubmuş. Gözəl Dəmirovun Rusiyada, Belarusda və digər post-sovet məkanında xeyli adamı dələduzluq yoluyla aldatdığı xəbər verilir.

Ədalət Partiyasındakı məlumatlı mənbələrdən Strateq.az-a bildiriblər ki, qatil Gözəl Dəmirov uzun müddətiymiş Etimad İsmayılovun Floriofisinə gedib-gəlirmiş. Deyilənə görə, o, Etimad İsmayılova Belarus Respublikasında ən yüksək səviyyədə ciddi əlaqələrinin olduğunu deyərək, ondan birgə iş görmək adı altında külli miqdarda borc pul alıbmış və bu pulu qaytarmadığından, aralarında mübahisə yaranıb. Dəmirovun sentyabrın 19-da, təxminən, saat 21.00 radələrində Etimad İsmayılovun ofisinə silahla gələrək, mübahisə etdiyi və ona 3 güllə vurduğu bildirilir.

 

Ailəsindən bildiriblər ki, mərhumun nəşi dəfn üçün ya bu gün, ya da sabah Azərbaycana gətiriləcək.

   

Şəkildə: Digər şübhəli şəxs

Xatırladaq ki, Etimad İsmayılov 1969-cu ildə anadan olub. Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Uzun müddət Azərbaycanda vəkil işləyib. 2000-ci ildə Ədalət Partiyasının yenidən bərpa olunmasında müstəsna xidmət göstərib, atası İlyas İsmayılova böyük dəstək verib. O, həmçinin Ədalət Partiyası sədrinin xarici əlaqələr üzrə müavini vəzifəsini tutb.

 

Rusiyada biznes fəaliyyəti ilə də məşğul olan Etimad İsmayılov 2008-ci ilin martında Bakıdan Moskvaya qayıdarkən, aeroportda FTX tərəfindən saxlanılaraq, Çelyabinskə aparılıb və Çelyabinsk məhkəməsi onun barəsində 8 illik həbs cəzası kəsib. Ancaq Etimad İsmayılov təqsirsizliyini sübut etmək üçün 3 il inadla mübarizə apararaq, Azərbaycan hakimiyyətinin də köməkliyi ilə, nəhayət,  2011-ci ildə bir daha Rusiyaya buraxılmamaq şərtiylə azalığa çıxmağa müvəffəq oulub.

Həbsdən çıxdıqdan sonra tanınmış telejurnalist Sevil Nuriyeva ilə ailə həyatı quraraq, Türkiyəyə köçüb. Atası İlyasın adını daşıyan bir oğlu var.

Allah rəhmət etsin!




Ana səhifəyə qayıt        Baxış: 1 993          Tarix: 20-09-2018, 05:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma