Xəbər lenti

  

ABŞ-ın ÜDM-nin 2%-ni silahlanmaya ayırmaq təklifinə çox da isti yanaşmayan Avropa ölkələri 1%-lik “fədakarlıqlarının” belə, qarşılığını almaq istəyirlər. Silahlanmaya yatırılan ölü pulları diriltmək məkanı kimi isə neft zəngini Yaxın Şərq ölkələri seçilir. Məhz bu səbəbdən də sözügedən coğrafiyada uzun illərdən bəri gedən müharibələr nəinki səngimək bilmir, əksinə, daha da qızışdırılır.

Ovqat.com xəbər verir ki, Almaniya da məzhəb müharibələrini silahla təchiz etmək yarışa qoşulub. Ölkənin İqtisadiyyat Naziri Peter Altmayerin Federal Məclisin İqtisadiyyat Komissiyasına yazdığı rəsmi məktub bu cür düşünməyə əsas verir. Məktubda bildirilir ki, hökumətə bağlı Federal Təhlükəsizlik Şurası aralarında Səudiyyə Ərəbistanının da olduğu Yaxın Şərq və Körfəz ölkələrinə silah ixracına razılıq verib.

Almaniya Federal Təhlükəsizlik Şurasında Baş naziri Angela Merkellə yanaşı, bəzi nazirlər də təmsil olunurlar.

 Almaniya Dövlət Yazı İşləri Şəbəkəsinin (Redaktionsnetzwerk Deutschland) xəbərinə görə, yeni qərar çərçivəsində Səudiyyə Ərəbistanına top mövqelərini müəyyənləşdirən sistemlər ixrac ediləcək. Zirehli maşınlara montaj edilən radar cihazları düşmən atəşinin gəldiyi nöqtəni tam müəyyən edə və əks-atışların daha qəti surətli aparılmasına imkan yaradır.

 Bundan başqa, Qətərə “Meteor” tipli havadan-havaya raket qurğularına uyğun 170 ədəd raket başlığı və alışdırma sistemi ixrac olunacaq.

Misir də Almaniya istehsalı olan silahlardan ala biləcək. Bu ölkəyə “Diehl”in istehsal etdiyi 7 ədəd hava müdafiə sisteminin satılmasına razılıq verilib. Həmin sistemlər İRİS-T SİLM raketlərilə təchiz ediləcək.

İordaniyaya isə “Dynamit Nobel” tərəfindən istehsal edilmiş 385 ədəd portativ tankvuranlar satılacaq.

 Birləşmiş Ərəb Əmirliklərinə gəmi çıxışlı hava müdafiə sistemləri üçün 48 ədəd raket başlığı və 91 ədəd hədəf axtarma başlığı ixrac ediləcək.

 Bütün bu ixracların maddi dəyəri sənəddə yer almır.




Ana səhifəyə qayıt        Baxış: 318          Tarix: 20-09-2018, 10:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma