“Körfəz ölkələri arasında son zamanlar yaranan gərginliklər yalnız İŞİD və İrana qarşı göstərilən səylərə zərər verir. Bu səbəblərdən də qeyri-rəsmi araşdırma dövründə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinə hərbi avadanlıq satmağa razılıq verməzdən əvvəl mövcud böhranı həll etmənin və körfəzi təkrar birləşdirmənin yolları mövzusunda daha ciddi anlayışa sahib olmağımız lazımdır".
Ovqat.com xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Korker deyib.
Korker, ABŞ dövlət katibi Reks Tillersona məktub yazaraq, Qətərlə bəzi ərəb ölkələri arasındakı böhran öz həllini tapmayana qədər KƏŞ ölkələrinə silah satışına icazə verməyəcəklərini bildirib.
Respublikaçı senator məktubunda ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı ziyarətində körfəz ölkələriylə bölgənin təhlükəsizliyi mövzusunda bir araya gəlməsini məmnuniyyətlə qarşıladığını, ancaq Riyaddakı sammitin prinsiplərinin zidd olaraq, həmin ölkələrinin yenidən bir-birinin üstünə düşdüklərini ifadə edib:
"Təəssüf ki, KƏŞ ölkələri sammitin fürsətlərindən yaralana bilmədi və qarşıdurmaya sürüklənməyə üstünlük verdilər. Bütün ölkələrin terrorizmlə mübarizədə daha çox səy göstərməsi lazımdır".
Qeyd edək ki, ABŞ-ın xarici ölkələrə silah satışları Müdafiə və Dövlət Departamentlərinin təsdiqiylə Konqresə təqdim edilir. İlkin araşdırma müddətində Konqresin Nümayəndələr Palatası və Senatın Xarici Əlaqələr Komitələrinin sədri və veteran üzvlərinin etirazı olmadığı təqdirdə, satış qərarı Konqresdə təsdiq edilmiş sayılır. Dolayısıyla, Senatın Xarici Əlaqələr komitəsini sədri kimi cənab Korkerin körfəz ölkələrinə silah satışına veto qoymaq hüququ var və belə görünür ki, o, bu hüququndan yararlanmaq niyyətindədir.
Korkerin silah satışlarını blok etməsi ilk növbədə Trampın Səudiyyə Ərəbistanına ziyarəti əsnasında Riyad rəhbərliyiylə imzaladığı 110 milyard dollarlıq müqavilənin hökmünü dayandıra bilər.
O da mümkündür ki, Səudiyyə kralına “sağmal inək” kimi baxdıqlarını gizləməyən ABŞ yetkilərinin könlündən daha çox “ərəb südü” içmək keçir. Rəsmi Riyad, Bob Korkerin könlünü şad etdikdən sonra silah satışına izn veriləcəyi istisna edilmir.
Paylaş: