Xəbər lenti

 

Bu sujetimiz Azərbaycan narının eşqinə ölkəmizlə maraqlanıb, milli musiqimizə valeh olan yaponiyalı musiqiçi barədədir. Kyoko Yamamoto musiqimizin sehrinə düşdüyünü deyir. O, dövlət himnimiz də daxil olmaqla bir çox mahnıları ifa edir. Yaponiyalı musiqiçi,ölkəsində azərbaycanlı sənətçilərlə birgə konsert vermək və bu yolla mədəniyyətimizi yaponlara tanıtmaq da istəyir.

Himnimizi əzbərbilir. "Sarı gəlin”i ürəkdən ifa edir.

Yaponiyalı peşəkar musiqiçi Kyoko Yamamotobir neçə ildir ki, Azərbaycana gəlib-gedir. Onun ölkəmizlə ilk tanışlığı nara olan marağı ilə bağlıdır. O, ilk dəfə Azərbaycan narını yaponlara tanıdıb. Ölkəmizin istehsalı olan nar şirəsi və nara aid aksesuarların ölkəsində satışına başlayıb. Kyoko Yamamoto, indi bununla yanaşımusiqimizi də ölkəsinin tamaşaçılarına təqdim edir.

Kyoko Yamamoto,Azərbaycan xalq cumhuriyyətinin 100 illiyi ilə bağlı Yaponiyada keçirilən bayram tədbirindəAzərbaycan himnini də səsləndirib. İfaçı 3 aya yaxın müddətdə himnimizi sözbəsöz öyrənib.

Yapon musiqiçi, indiyənədək verdiyi konsertlərdə Azərbaycan mahnılarını səsləndirdiyini deyir.Kyoko Yamamoto, hazırda ''Laçın '' mahnısının üzərində çalışır. O, gələcəkdə Azərbaycan və Yapon tamaşaçısı üçün ortaq layihələr hazırlamaq niyyətində olduğunu bildirir.

Musiqiçi müsahibəsinin sonunda Cumhuriyyətimizin 100 illiyi ilə bağlı təşəkkür və təbrikini də Azərbaycan dilində ifadə etdi.




Ana səhifəyə qayıt        Baxış: 615          Tarix: 5-11-2018, 22:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma