Xəbər lenti

  

Cənubi Azərbaycanlı fəal Qüdrətullah Yusifi Babək qalasını ziyarət edərkən həbs olunub.

Ovqat.com-un əldə etdiyi xəbəri Cənubi Azərbaycan fəalları da təsdiqləyib.

 

Söhbətləşdiyimiz Yeni Azərbaycan Birliyi fəallarının bildirdiyinə görə, təşkilatın rəhbəri Qüdrətullah Yusifi bir nneçə gün öncə həbsə atılsa da, bu gün artıq azadlığa buraxılıb. Onun məhkəməyə qədər zamına buraxıldığı qeyd olunur.

Qüdrətullah 4 epizodda – qanunsuz aksiyalara çağırış, hakimiyyət əleyhinə təbliğat, xarici mətbuata açıqlama vermə və xaricdəki iranlı mühacirlərlə əlaqə yaratma maddələrilə ittiham edilir.

Qeyd edək ki, Qüdrətullah Yusifi bir müddət əvvəl Ovqat.com-a verdiyi müsahibədə Azərbaycan hökumətini Dağlıq Qarabağda müharibəyə başlamağa çağırmış və döyüşlərdə cənublu qardaşlarımızın da iştirakına şərait yaradılmasını istəmişdi.

Qüdrətullah Yusifi ilə əlaqə saxlamağa çalışacağıq.




Ana səhifəyə qayıt        Baxış: 785          Tarix: 9-07-2019, 21:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma