Xəbər lenti

  Tanınmış azərbaycanlı alım Lütfi Zadənin nəşi sentyabrın 26-da Los Ancelesdən Bakıya yola salınacaq.

Bunu “Report”a açıqlamasında Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev deyib.

Onun sözlərinə görə, daşıma ilə məşğul olan şirkətin verdiyi məlumata görə, alimin nəşi Bakıya sentyabrın 29-da çatacaq.

Qeyd edək ki, 1921-ci ildə Novxanıda dünyaya gələn tanınmış alim 2017-ci il sentyabrın 6-da Kaliforniyada vəfat edib.




Ana səhifəyə qayıt        Baxış: 1 068          Tarix: 24-09-2017, 07:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma