Xəbər lenti

 

Ermənistan illərdən bəri Türkiyəyə qarşı düşmən mövqeyindən, ərazi bütövlüyümüzə, sərhədlərimizə qarşı yanlış mövqeyindən əl çəkirsə, yeni bir səhifə açmaq istəyirsə, bunlarla bağlı detalları görüb o şəkildə qarşılıq verərik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım Nikol Paşinyanın Türkiyə çağırışına cavab olaraq deyib.

“Biz heç kimlə, başda qonşularımız olmaqla münaqişə içində olmağı arzu etmirik. Belə bir yanaşma varsa, bunu təbiətinə uyğun, ölkəmizin mənfəətləri çərçivəsində dəyərləndirərik”, - Yıldırım deyib.

Qeyd edək ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan Türkiyəyə heç bir ilkin şərt qoymadan danışıqlara başlamağa hazır olduğu, Türkiyənin də Azərbaycanla bağlı ilkin şərtindən imtina etməsi barədə çağırış etmişdi.




Ana səhifəyə qayıt        Baxış: 691          Tarix: 11-05-2018, 16:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma