Xəbər lenti
7-03-2019, 22:48

  Bu gün “Qobustan” jurnalı kollektivinin təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda  Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında “ 1 noyabr 2018-ci il tarixli fərmanı  ilə bağlı  yığıncaq keçirildi.
    Yığıncağı “ Qobustan” jurnalının baş redaktoru Vaqif  Əlixanov  açdı  və qeyd etdi  ki, jurnalın son iki nömrəsi Azərbaycan dilinin bu günkü problemlərinə həsr edilmişdir. Natiq daha sonra yaradıcı kollektivin bu sahədə qarşısında duran məsələlərdən söhbət açdı.
   Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Akademik Nizami Cəfərov öz çıxışında diqqəti daha çox Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin məlum fərmanına yönəltdi , bu sənəddən irəli gələn vəzifələrdən danışdı.
  Xalq şairi Sabir Rüstəmxanlı , yazıçı Seyran Səxavət  dilimizi yad təsirlərdən qorumaqla bağlı fikirlərini yığıncaq iştirakçıları ilə bölüşdülər. 
 Astroloq Firudin Qurbansoy, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qazımzadə, şair və nasirlərdən İntiqam Mehdizadə, Azər Abdulla, Ənvər Əhməd, Tofiq Nurəli, “Qobustan” jurnalının baş redaktor müavini, şair Maarif Soltan və başqaları öz çıxışlarında Dövlət dilinin daha da inkişaf etdirilməsi sahəsində Azərbaycan xalqının milli-mənəvi  dəyərlərinin və milli varlığının qorunub saxlanmasında prezidentin bu yeni fərmanın ciddi əhəmiyyətini qeyd etdilər.

 Sonda "Qobustan"ın əməkdaşı, yazıçı Narıngül Nadir çıxışında bu məsləyə soyuq münasibətdən, xüsusən yazıçı və şairlərin laqeydliyindən gileyləndi və əmin olduğunu bildirdi ki, şübhəsiz prezidentin bu fərmanı bütün kəm-kəsirlərin aradan qaldırılmasında müstəsna əhəmiyyət daşıyacaq.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 233          Tarix: 12-11-2018, 21:52      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar