Xəbər lenti
7-03-2019, 22:48

 

"İqtisadi əlaqələrdə 73%-lik artım qeydə alınıb. Məqsədimiz Azərbaycanla ticarət dövriyyəsini bu il 5 milyard dollara çatdırmaqdır. Çətin məsələdir, amma bu istiqamətdə birgə çalışmaqla buna nail ola bilərik".

"Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İranda İslam inqilabının 40 illiyinə həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, bu gün İran-Azərbaycan münasibətləri çox yaxşı hesab olunur: "Bu əlaqələr təkcə siyasətdə deyil, həm də iqtisadiyyatda mövcuddur. Yüksək münasibətlər bizi sevindirir, onlardan məmnunuq. Hesab edirik ki, onları qorumaq və daha da inkişaf etdirmək lazımdır".

Səfir qeyd edib ki, bu əlaqələrdən narazı olan və belə yüksək əlaqələrin olmasında maraqlı olmayan bəzi qüvvələr var. "Prezidentlərin əlaqələri davam etdirməsi çox vacibdir", - diplomat bildirib.

Onun sözlərinə görə, həm Azərbaycan, həm də İran həm ölkə daxilində, həm də regionda təhlükəsizlik məsələsinə önəm verir, vəziyyəti sabitləşdirməyə səy göstərir.

Diplomat qeyd edib ki, bu gün xeyli sayda azərbaycanlı turizm, ticarət, tibbi məqsədlər üçün İrana səfər edir: "Bu onu göstərir ki, qarşılıqlı səfərlərdə heç bir maneə yoxdur. Azərbaycanlılar ölkəmizə gələn turistlərin sayı baxımından yalnız iraqlılardan geri qalır".

Onun sözlərinə görə, İran həmçinin təhsil və mədəniyyət sahəsində Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətindədir.




Ana səhifəyə qayıt        Baxış: 241          Tarix: 8-02-2019, 12:35      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar