Xəbər lenti

 "Mən Cəbrayılda onunla buna görə mübahisə etdim..."

Fəal oxucularımıza məlum olduğu kimi, Moderator.az bir müddətdir ki, Qarabağ savaşının ilk illərində hələ SSRİ tabeçiliyində olan Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik qurumları əməkdaşlarının erməni ekstremist, yaraqlı və terrorçularına qarşı  mübarizəsindən bəhs edən bir kitabın - keçmiş Azərbaycan DİN Cinayət-Axtarış İdarəsi və İslah İşləri İdarələrinin rəisi olmuş, polkovnik Əzim Piriyevin müəllifi olduğu “Yarımçıq qalmış “Ümid” əməliyyatı...” sənədli povestinin ən maraqlı epizodlarını təqdim edir.
O dövrkü qanlı-qadalı olayların şahidləri olan oxucularımız arasında sözü gedən kitabda bəhs edilənlərə irad bildirənlər də var…
Tanınmış Qarabağ qazisi,  keçmiş Cəbrayıl könüllülər taborunun  komandiri, Xalq Cəbhəsi Cəbrayıl rayon şöbəsinin sabiq sədri  Vaqif Əlisoy əməkdaşımızla telefon söhbətində  polkovnik Əzim Piriyevin ermənilərə qarşı mübarizədən danışmağa haqqı olmadığını bildirib:
“Yaxşı yadımdadır ki, qəhrəman kimi təqdim etdiyiniz bu polkovnik 1990-1991-ci illərdə Moskvadan gələn göstərişlə Cəbrayılda, eləcə də Dağlıq Qarabağ və ətraf digər rayonlardakı azərbaycanlılardan adi quş tüfənglərini də yığdırırdı. Mən Cəbrayılda onunla buna görə mübahisə etdim. Rayonun o vaxtkı milis rəisi Rəşid Məmmədov  məni sakitləşdirdi ki, o, yuxarıdan verilən göstərişləri yerinə yetirməyə məcburdur… 
Xahiş edirəm, birinci Qarabağ savaşı barədə yazılar verərkən kimlərisə yanlış yerə qəhrəman səviyyəsinə qaldırıb o torpaqlar uğrunda qan tökmüş, canını fəda etmiş əsl qəhrəmanlarımızın xidmətlərini kölgə altında qoymayın…”
P.S. Oxucumuzun fikirlərinə hörmətlə yanaşaraq onu da bildirmək istəyirik ki,  Qarabağ mövzusunda digər materiallar kimi, “Yarımçıq qalmış “Ümid” əməliyyatı” kitabından maraqlı epizodları təqdim etməkdə məqsədimiz, heç də kimlərinsə qəhrəman obrazını yaratmaq deyil.  Məqsəd, müəlliflərin yazdığı faktları oxucuların müzakirəsinə buraxmaqla həm Qarabağ probleminin baş qaldırdığı illərdə erməni separatçı və terrorçularına qarşı mübarizədə baş verənləri işıqlandırmaq, həm də o dövrdə yol verdiyimiz günah, səhv və nöqsanları saf-çürük etməkdir. Eyni zamanda o illərdə ermənilərə qarşı gerçəkdən, təmənnasız mübarizə aparan fədakar oğul-qızların da olduğunu xatırlatmaq və həmin mübarizə xəttinin davam etdirilməsi zərurətini ortalığa qoymaqdır…



Ana səhifəyə qayıt        Baxış: 46          Tarix: 21-08-2019, 13:22      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent