Xəbər lenti
Dünən, 21:04
Dünən, 17:11

  

 

“Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Mətanət Hüseynzadə məni aldadıb 3600 manat pulumu alıb”.

Ovqat.com xəbər verir ki, Ucar rayonu Alpout kənd sakini, Qarabağ müharibəsi veteranı Kərimov Qaraoğlan Mirzəhüseyn oğlunun redaksiyamıza ünvanladığı şikayət məktubunda belə deyilir.

Şikayətçinin bildirdiyinə görə, Qarabağ uğrunda gedən döyüşlər zamanı yaralanıb. Buna görə də Qarabağ müharibəsi əlili status almaq istəyib. Amma buna nail ola bilməyib. Üstəlik, 3600 manat pulu da gedib. Səbəbini isə, gəlin, onun öz dilindən eşidək:

“Səbəbi savadsızlığım və imkansızlığım olub. Mən əlillik vəsiqəsi almaq üçün Ucar rayon Hərbi Komissarlığına müraciət etdim. Komisar Rafiq Qədirov mənə bildirildi ki, sən Tərtər istiqamətində gedən döyüşlərdə yaralandığın üçün oranın xəstəxanasında müalicə olunubsan, müraciəti həmin yerə etməlisən.

Yaxın bir tanışımla Tərtər rayon Mərkəzi Xəstəxanasına gəldikdə dedilər ki, əlilik işinə baş həkimin müavini Mətanət Hüseynzadə baxır. Onunla görüşdük, bizə bildirdi ki, ilk olaraq xəstəlik epikrez sənədi üçün 500 manat, əlilik sənədinə görə isə 3100 manat verməlisən, mən həmin pulu baş idarəyə verəcəm ki, sənə əlillik dərəcəsi təyin etsinlər. Mən 500 manatı həmin günü həkimə verdim, o mənə xəstəlik sənədi verdi. 3100 manat pulu isə 03 aprel 2019-cu il tarixdə Tərtər rayon mərkəzi xəstəxansının baş həkiminin müavini Mətanət Hüseynzadəyə çatdırdım. Bundan sonra o, “Gələn həftəyə əlilik sənədin düzələcək” deyə-deyə məni bu günədək get-gələ saldı. İndi mənə tam məlum olub ki, Tərtər rayon mərkəzi xəstəxansının baş həkiminin müavini Mətanət Hüseynzadə məni aldadıb 3600 manat pulumu alıb dələduzluq edib.

Mən həmin pulu həkim Mətanət Hüseynzadəyə iki nəfər şahidin yanında vermişəm, həmçinin həkim mənim vatsapıma çoxlu mesajlar yazıb. Telefon danışıqları var ki, bunlar mötəbər subutlardı. Onu da qeyd edim ki, həkimin 500 manat alıb mənə verdiyi xəstəlik epikrez sənədi saxtadır.

Mən kasıb adamam, heç bir yerdə işləmirəm, himayəmdə 4 azyaşlı uşağım var. Həmin pulu qardaşımdan və qohumumdan borc alıb Mətanət həkimə vermişəm. Yeganə gəlirim ancaq Qarabağ müharibəsi veteranlığına görə aldığım 80 manat təqaüddür. İmkansızlıqdan uşaqlarım bu il məktəbə gedə bilməyəcək. Onlara məktəbli forması, məktəb ləvazimatı ala bilməmişəm.

 

Mətanət Hüseynzadə məni aldadıb 3600 manat pulumu almaqla bizim ailəni quru çörəyə möhtac qoyb. Elə hər dəfə mənə deyir ki, pulu aparıb baş idarəyə vermişəm, sənədlər tezliklə hazır olacaq. Hətta mesajlarında da bunu açıqca yazır və səslə deyir. Ucar rayon hərbi komissarlğından 3 dəfə Mətanət Hüseynzadəyə teleqram vurulub ki, sənədləri təqdim etsin.

Sonradan mənə bildirdilər ki, Mətanət Hüseynzadə belə dələduzluq you ilə çoxlu sayda insanları aldadıb pullarını alıb.

Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevdən və Səhiyyə Naziri cənab Oktay Şirəliyevdən xahiş edirəm; vəzifə səlahiyyətlərindən sui-istifadə edib 3600 manat pulumu alıb dələduzluq etmiş Tərtər rayon mərkəzi xəstəxansının baş həkiminin müavini Mətanət Hüseynzadənin barəsində qanunu tədbirlər görəsiniz”.




Ana səhifəyə qayıt        Baxış: 24          Tarix: 23-08-2019, 22:24      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent