Xəbər lenti
Dünən, 19:38
Dünən, 17:15
Dünən, 16:56
Dünən, 15:59
Dünən, 15:00
Dünən, 12:12
Dünən, 09:32
24-04-2024, 22:43
24-04-2024, 21:35
24-04-2024, 20:40
24-04-2024, 20:12
24-04-2024, 19:39
24-04-2024, 18:36
24-04-2024, 17:41
Bəzi xarici internet media resurslarında ABŞ tərəfindən İsrail dronlarının İraqa və İrana hücum məqsədilə Azərbaycana gətirilməsi barədə məlumatlar yayılıb.
Bununla bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu məlumatların heç bir əsası yoxdur, yalandır və dezinformasiya məqsədi daşıyır.
Qeyd edək ki, yayılan məlumatlarda “Haşd əl-Şaabi” (Xalq səfərbərlik bölmələri) qruplaşmasının komandiri Əbu Mehdi Əl-Mohandisinin ABŞ-ı İraq və İranı hədəfə almaq üçün 4 İsrail dronunu Azərbaycana gətirməkdə ittiham etdiyi bildirilir. Onun bu iddiası İraq silahlılarının Səlahəddin vilayətində yerləşən bazasının İsrail tərəfindən hədəfə alınmasından bir ay sonra səsləndirilib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar