Xəbər lenti

  

“Bir müddətdir ki, yeni bir böhranla üzləşirik. Şimali İraq regional rəhbərliyi referendumu keçirməkdə israrlı davrandı. İsraildən başqa  bu təşəbbüsü dəstəkləyən ölkə və beynəlxalq təşkilat yoxdur. Şimali İraqda keçirilən bu referendum yeni qarşıdurmaların müjdəçisi olmaqdan başqa məna daşımır”.

Ovqat.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Şimali İraqda iki gün öncə keçirilən referendumu şərh edərkən deyib.

Onun sözlərinə görə, Şimali İraq sakinlərinin böyük əksəriyyətinin “hə” dediyi bu referendumun heç bir hüquqi əsası yoxdur:

 “Kim tanıyacaq? Dünya təkcə İsraildən ibarət deyil. Kosovo bir dövlət kimi 114 ölkə tərəfindən tanınıb, amma hələ də sıxıntı içindədir. Sən bir İsrail ilə nə əldə edəcəksən? Bunlara İsrail nəyi, haradan və necə göndərəcək? Bunu gözdən keçirmədikcə bundan sonra İsraillə birgə ata biləcəyimiz bir çox addımı da artıq ata bilməyəcəyik. Türkiyəni oyun qurucu kimi qəbul etməyənlərlə bizim atacağımız heç bir addım yoxdur. Türkiyə bu bölgədə oyun qurucudur".

Bəs, Türkiyə öz milli mənafeyinin əleyhinə hadisələrin cərəyan etdiyi Şimalı İraqa hərbi müdaxilə edəcəkmi?

Hazırda bir çox insanı maraqlandıran bu sualın cavabını isə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu verib. Çavuşoğlunun fikrincə, bunun üçün ilk növbədə rəsmi Bağdadın razılığı alınmalıdır:

 “Bizə İraqdan bir təhdid, bir hücum gəldiyi zaman PKK-nın yerləşdiyi yerlərdə bir çox əməliyyatlar keçirdik. Bu beynəlxalq hüquqdan doğan haqqımız idi. Amma bir ölkənin içərisinə hərbi müdaxilə etməyimiz üçün o ölkədən dəvət gəlməsi lazımdır. Burada da bizim tərəf-müqabilimiz Bağdaddır.”




Ana səhifəyə qayıt        Baxış: 704          Tarix: 27-09-2017, 13:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma