Xəbər lenti

 

“İraq hökumətinə bağlı olan və İran tərəfindən dəstəklən Həşdi Şabi Suriyaya girdi və PKK ilə əməkdaşlıq edərək bəzi kəndləri ələ keçirdi”

Ovqat.com xəbər verir ki, bu iddianı Suriya Tayfa və Qəbilə Ali Məclisinin sədr müavini Şeyx Rafi Üqla ər-Raco irəli sürüb.

Raconun fikrincə, Həşdi Şabinin ittifaq qurduğu yeganə qüvvə PKK da deyil. Dediyinə görə, böyük əksəriyyəti şiələrdən formalaşan və ən qatı şiə ayətullahlarından Əli Hüseyn Sistaninin xeyir-duasıyla qurulan Həşdi-Şabi, İŞİD-lə də müttəfiqlik edir. Belə ki, Həşdi Şabi güclərinin İraqın şimalında Mosul əməliyyatlarına qatıldıqları bölgədən Suriya sərhədini keçdiklərini iddia edən Raco bunları deyib:

"Həşdi Şabi Suriya sərhədini keçdi. Deyrizorda irəliləmək üçün PKK-dan Haseke vilayətinin cənub-şərqindəki Tel-Çayır, Bavardi, Atsana və Telsfuk kəndlərini təslim aldı. Həmin kəndlər daha əvvəl İŞİD tərəfindən Suriya rejimindən alınaraq, PYD / PKK qüvvələrinə ötürülmüşdü. Mövcud vəziyyət PKK, İŞİD, rejim və Həşdi Şabinin Suriya xalqı əleyhinə birləşdiklərini, eyni tamaşanı oynadıqlarını açıq-aydın göstərir. "

Müxtəlif dünyagörüşə və məzhəbə sahib olan bu qüvvələri ortaq maraqların birləşdirdiyini deyən Şeyx Rafi Üqla ər-Raco qurulan ittifaqın Suriya xalqının azadıq ümidlərini azaltmağa və bitirməyə hesablandığına inanır.

 

 

 




Ana səhifəyə qayıt        Baxış: 1 492          Tarix: 2-06-2017, 01:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma