Xəbər lenti

 

"İŞİD-lə döyüşlərdə verdikləri qurbanlara görə Həşdi-Şabiyə böyük hörmətimiz var, ancaq Kürdüstan bölgəsini yalnız peşmərgə gücləri (kürd silahlıları) qoruyacaq".

Ovqat.com xəbər verir ki, bunu peşmərgə güclərinin Şengal cəbhəsinin komandiri Sərbəst Ləzgin Rûdaw-a açıqlamasında bildirib.

O, qeyd edib ki, İraqın şiə könüllü batalyonlarını özündə cəmləşdirən Həşdi-Şabi güclərinin Keyrəvan bölgəsində başlatdığı əməliyyat məkanının Kürdüstan torpaqlarıyla heç bir əlaqəsi yoxdur: “Həşdi Şabi gücləri bu bölgədə Suriyadakı şiə döyüşçülərinə dəhliz yaratmaq üçün hərbi əməliyyatlara başlayıblar”.

 Bu məsələdə peşmərgələrin deyil, beynəlxalq qüvvələrin həssaslıq göstərməsinin lazım olduğunu bildirən kürd komandir fikrini belə izah edib: “Çünki Həşdi Şabi milislərinin Suriyaya keçməsi və Hizbullahı dəstəkləməsi beynəlxalq müdaxiləyə hüquqi zəmin yaradır."

Kürdüstan bölgəsinin Həşdi Şabilərlə bir problemi olmadığı ifadə edən Sərbəst Lezgin, bununla belə, özlərinə məxsus ərazilərdə başqa silahlı qüvvələri qəbul etmədiklərini də gizlətməyib.

Nəzərə alanda ki, Həşdi Şabi qüvvələri İraq hökumətinin qərarıyla rəsmi ordunun bir parçası sayılır, peşmərgə yetkilisinin bu sözləri müstəqillik bəyanı təsiri bağışlayır.




Ana səhifəyə qayıt        Baxış: 1 164          Tarix: 15-05-2017, 08:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma