Xəbər lenti

 

İran Milli Neft Şirkəti Baş Direktor Müavini Rza Dehkan ölkənin Neft Nazirliyinin rəsmi saytına verdiyi açıqlamasında Fars əyalətinin cənubunda yeni bir qaz yatağının kəşf olunduğu bildirib.

Ovqat.com məlumatına görə, Dehkan açıqlamasında bu yatağın 4 min 632 metr dərinlikdə tapıldığını və 540 milyar kubmetr həcmə malik olduğunu deyib.

İrəm adı verilən və Şiraz şəhərinin 200 kilometr cənubunda yerləşən yeni qaz sahəsi 40 milyard dollarlıq 385 milyon barrel qaz kondensatına malikdir. Dehkan bildirib ki, İrəm qaz sahəsi Tehranın 16 illik qaz ehtiyacını ödəyə biləcək həcmdədir.

İran Milli Neft Şirkəti məlumatlarına görə, təxminən 33 trilyon kubmetr təbii qaz ehtiyatı olan ölkə bu sahədə dünyada Rusiyadan sonra ikinci yeri tutur.




Ana səhifəyə qayıt        Baxış: 407          Tarix: 15-10-2019, 09:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma