Xəbər lenti

Mayın 5-də, aktyor Fuad Poladovun dəfn günündə, “Şah Qacar” tamaşasından sonra Akademik Milli Dram teatrında qalmaqal yaşanıb.Teatrdan adının açıqlanmasını istəməyən şəxsin kulis.az saytına verdiyi məlumata görə, gərginlik tamaşadan sonra təzimə çıxan aktyorlardan birinin Fuad Poladovu xatırlaması və onun xatirəsinə tamaşaçılardan bir dəqiqəlik sükut xahiş etməsindən sonra yaşanıb.

Belə ki, teatr rəhbərliyi aktyoru çağıraraq, ona xüsusi xəbərdarlıq edib.

Qeyd edək ki, “Şah Qacar” mərhum aktyor Fuad Poladovun baş qəhrəmanı oynadığı tamaşalardan biridir. İndi Qacar rolunda Akademik Milli Dram Teatrının aktyoru Abbas Qəhrəmanov çıxış edir.

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı adı çəkilən teatrla əlaqə saxlayıb. Teatrın mətbuat katibi Cavid Zeynallı olaya bu cür şərh bildirib:

“Mayın 5-də – xalq artisti Fuad Poladovun dəfn günündə Akademik Milli Dram Teatrında “Şah Qacar” tamaşası nümayiş olundu. Bilirsiniz ki, bu tamaşanı və Fuad Poladovun böyük məharətlə yaratdığı Qacar rolunu istər teatr ictimaiyyəti, istərsə də sıravi tamaşaçılar yüksək qiymətləndiriblər. Fuad müəllimdən sonra bu rol əməkdar artist Abbas Qəhrəmanova həvalə olundu və tamaşa bu gün teatrın repertuarında özünəməxsus yer tutur, uğurla nümayiş olunur. Sözügedən tamaşanın nümayişi zamanı səhnə əsərində rol alan aktyorlar Fuad Poladovun əziz xatirəsini ehtiramla yad etdi, tamaşaçılarla bir yerdə onun xatirəsi bir dəqiqəlik sükutla anıldı. Bununla bağlı teatrda hər hansı problemin yaranması haqqında yayılan xəbərlər tam əsassızdır və bunu teatrın yaradıcı işinə qarşı müdaxilə kimi qəbul edirik. Fuad Poladov görkəmli aktyor kimi Akademik Milli Dram Teatrının səhnəsində bir-birindən gözəl rollar yaradıb. Teatrın kollektivi onun xatirəsini hörmət və ehtiram hissi ilə anır və bu, hər zaman belə də olacaq”.

“Fuad Poladov üçün uzun illər çalışdığı Akademik Milli Dram Teatrında niyə vida mərasimi keçirilmədi?” sualımıza isə teatr rəsmisi bu cür cavablandırdı: “Öz vəsiyyəti belə idi ki, vida mərasimi evində keçsin”.

Xatırladaq ki, Azərbaycanın əfsanəvi kino və teatr aktyoru Fuad Poladov uzun sürən ağır xəstəlikdən sonra mayın 5-də dünyasını dəyişib. Aktyor vəsiyyətinə əsasən Yasamal rayonundakı “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 230          Tarix: 7-05-2018, 17:07      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent