Xəbər lenti

 

Murad Arifin “Popumuz var” layihəsi yeni mövsümə start verib.

Verilişin ilk qonağı müğənni Samir Bağırov olub.

O, maraqlı açıqlamaları ilə diqqət çəkib.

“İndiki müğənnilərə məsləhət vermək istərdim ki, yalnız sənətlə məşğul olsunlar, intriqaya vaxt ayırmasınlar”, - deyə Samir bildirib.

Sənətçi daha sonra fəxri adının olmamasından şikayətlənib:

“Fəxri adım yoxdur, amma bu, məni narahat etmir. Sadəcə olaraq, pis təsir edir. Çünki mənimlə səhnəyə çıxan şəxslərin fəxri adı var, ancaq mənə vermədilər. Səhnədən getdim, amma bunun təsirindən yox. Alla Puqaçova mənə demişdi ki, fəxri ad və titullar boş şeydir, sənətçinin ən böyük uğuru xalqın sevgisidir”. 

Qeyd edək ki, Samir Bağırov sonuncu dəfə “Без остатка” mahnısını təqdim edib.

2000-ci ildə “Best multi-genres singer” mükafatını qazanan Samir Bağırov yaradıcılığı boyu müxtəlif musiqi janrlarına müraciət edib. Xüsusilə, pop, caz, pop rok, soul, R&B , flamenko və Yeni Çağ (New age) janrlarında mahnılar səsləndirib. Sənətçinin fikrincə, caz üslubu onun müğənni kimi formalaşmasında daha böyük rol oynayıb. \\Oxu.Az 

 




Ana səhifəyə qayıt        Baxış: 554          Tarix: 14-09-2018, 20:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma