Xəbər lenti

Bu gün “Savalan” qrupunun bədii rəhbəri Novruz Novruzlu vəfat edib.

Strateq.az bildirir ki, “Savalan” qrupunun bədii rəhbəri, opera və balet teatrının solisti Novruz Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub.

Hələ uşaq ikən musiqiyə marağının böyük olduğunu deyir. Orta məktəbdə oxuduğu müddətdə musiqi ilə bağlı bütün tədbirlərdə çıxış edib. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. N.Novruzlunun institutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub.

“Savalan” qrupunun bədii rəhbəri institutda oxuduğu müddətdə “Ulduz” tamaşasında Zəfər, “Arşın mal alan”da Əsgər, “O olmasın, bu olsun” tamaşasında Sərvər rollarını ifa edib.

Bir müddət “Şərq ansamblı”nda solist kimi fəaliyyət göstərib. İnstitutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub.

İnstitutu bitirdikdən sonra Firudun Mehdiyevin səhnələşdirdiyi “O olmasın, bu olsun” tamaşasında Əsgər rolunu ifa edib. Qarabağ hadisələri baş verdikdən sonra oxuya bilmədiyini vurğulayan N.Novruzlu daha ciddi işlərlə məşğul olmağı qərara alıb və beləliklə “Savalan” qrupu yaradılıb…

Allah rəhmət eləsin!

 




Ana səhifəyə qayıt        Baxış: 63          Tarix: 20-11-2018, 16:55      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent