Xəbər lenti

 

Ötən gün “YouTube” sosial şəbəkəsində ədəbi-bədii, publisistik və tarixi kitabların redaktoru, şair Ayaz Arabaçının “Adamı bir qədəh meynən öldürür” şeiri izləyicilərinin diqqətinə çatdırılıb.

Qeyd edək ki, Ayaz Arabaçı 1967-də Gədəbəy rayonunun Arabaçı kəndində müəllim ailəsində doğulub. 1984-də Arabaçı kənd orta məktəbini bitirib. Təxəllüsünü doğulduğu kəndin adından götürüb. Orta məktəbdə oxuduğu illərdə şeirləri "Azərbaycan gəncləri" qəzetində, "Ulduz" jurnalında dərc olunmuş, radionun uşaq verilişlərində səsləndirilmişdir. Ali təhsilini başa vurandan sonra Təhsil Nazirliyində fəaliyyətə başlamışdır. Sonralar "İdrak" qəzetində baş redaktor, "Diplomat" nəşriyyatının direktoru, Ali Diplomatiya Kollecinin İcra Aparatının rəhbəri, "Xudafərin" jurnalının redaktoru işləmişdir. 5 şeir kitabının müəllifidir. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Prezident təqaüdçüsüdür. Çoxlu sayda ədəbi-bədii, publisistik və tarixi kitabların redaktorudur.

Sözügedən video görüntünü təqdim edirik:

Müəllif: Mətanət İmanquliyeva

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 008          Tarix: 5-12-2017, 20:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma