Xəbər lenti

“Fəxrəddin Manafov Rus Dram Teatrında çalışır, hazırda da işinin başında –  ştatdadır. Rus Dram Teatrı olaraq xəbərin yalan olduğunu söyləyirik”. 

Bunu Modern.az-a açıqlamasında Rus Dram Teatrının əməkdaşı İlham Məmmədov xalq artisti Fəxrəddin Manafovun teatrdan ayrılması xəbərinə münasibət bildirərkən deyib.

Teatrın əməkdaşı Fəxrəddin Manafovla bağlı yayılan xəbərin səbəbini özündən soruşmağı tövsiyə edib: “Yaxşı olar ki, Fəxrəddin müəllimin özündən sosial şəbəkələrdə niyə teatrdan ayrılması barədə informasiya yayıldığını soruşun”.

Dəfələrlə xalq artisti Fəxrəddin Manafovla məsələni dəqiqləşdirmək üçün əlaqə saxlamağa çalışsaq da, aktyordan telefon zənglərinə cavab ala bilmədik.

Qeyd edək ki, sosial şəbəkələrdə xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından getməsi barədə xəbərlər yayılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 39          Tarix: 4-12-2018, 17:12      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent