Xəbər lenti

                                                      

Bu gün səhər saatlarında Şəki rayonu Bideyiz kənd sakini, 2013-cü il təvəllüdlü Natavan Cövdət qızı Cabbarovanın vəziyyəti yaşadığı ünvanda qəfildən pisləşib.

Ağır vəziyyətdə olan 4 yaşlı Natavan Cabbarova valideynlərinin köməkliyi ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Natavan Cabbarova xəstəxanaya daxil olan zaman onda həyat əlaməti olmayıb.

Faktla bağlı araşdırma aparılır.//APA




Ana səhifəyə qayıt        Baxış: 737          Tarix: 3-12-2017, 21:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma