Xəbər lenti

“Azərbaycanda prezident seçkilərinə müdaxilə cəhdlərinin olmadığını demək sadəlövhlük olardı”.

Bunu Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov RİA Novosti-yə müsahibəsində deyib. M.Pənahov qeyd edib: “Müdaxilə cəhdlərinin olmadığını söyləmək, yumşaq desək, sadəlövhlük kimi çıxardı. Böyük təəssüflə təsdiq edirik ki, müdaxilə cəhdləri, arzuları müasir dünyanın reallığına çevrilib”.

MSK sədrinin sözlərinə görə, ötən illərdə belə cəhdlər uğursuzluğa düçar olub, belə ki, onların ciddi amil olan sosial bazası mövcud deyil: “Seçkiqabağı kampaniya zamanı ciddi pozuntular qeydə alınmayıb”.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək/Trend.

 




Ana səhifəyə qayıt        Baxış: 638          Tarix: 9-04-2018, 17:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma