Xəbər lenti

"Prezidentliyə namizədlər seçkiqabağı təşviqat başlamamış təbliğat aparmamalıdırlar".

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov deyib. 

O bildirib ki, bu, qanun pozuntusudur: "Ola bilər ki, bunu özləri etməsinlər, başqaları, əsasən də onları gözdən salmaq istəyən şəxslər edirlər. Bütün tərəflər diqqətli olmalıdır. Azərbaycanda insanlar məsələlərə düzgün qiymət vermək bacarığındadırlar. Hansısa namizəd bu cür əməllərə əl atırsa, öz seçicilərini itirirlər”.

Qeyd edək ki, Azərbaycanda president seçkiləri aprelin 11-nə təyin edilib. Seçkiqabağı təşviqat isə martın 19-da başlayır.

 




Ana səhifəyə qayıt        Baxış: 737          Tarix: 7-03-2018, 15:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma