Xəbər lenti

Bu gün Sabirabad rayonunda pambıq tarlasında işləyən kəndlilər arasında zəhərlənmə hadisəsi baş verib. 

Virtualaz.org-a daxil olan məlumata görə, pambıq tarlasında işləyərkən halı pisləşmiş 6 nəfər xəstəxanaya müraciət edib.

Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini olan qadın Sabirabad Rayon Mərkəzi Xəstəxanasına , daha 4 nəfər qadın isə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Hazırda xəstələrin vəziyyətinin stabil olduğu deyilir.

 




Ana səhifəyə qayıt        Baxış: 650          Tarix: 23-06-2018, 17:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma